Neftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub.
“Report”un məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Cəlilabad rayon Göytəpə şəhər sakinləri, 1995-ci il təvəllüdlü Fərhadov İslam və 1998-ci il təvəllüdlü Yağnəliyev Vahid hadisə yerində ölüblər.
İki nəfər - Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri, 1957-ci il təvəllüdlü Bayramov Loğman Qüdrət oğlu, 1982-ci il təvəllüdlü Əliyev Habil Abasağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.