Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var

17
Yan
2024
12:28

Göygöl şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21014" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində 1984-cü il təvəllüdlü T.Əliyeva, 1966-cı il təvəllüdlü G.Qarayeva və 1964-cü il təvəllüdlü M.İsmayılova xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.