Bakıda dörd nəfərin xəsarət alması ilə nəticələnən onsəkkizmərtəbəli binanın liftindəki qəzanın təfərrüatları məlum olub.
Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə zamanı liftdə yeddi nəfər olub.
Sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Aşur Məmmədov gəlib.
Hadisə zamanı yeddi nəfərdən dördü xəsarət alıb.