Bakı-Şamaxı yolunda avtobus qəzaya düşüb

14
Yan
2024
20:35

Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində 555 nömrəli marşrut avtobusu qəzaya düşüb.

“Report”un yerli bürosu məlumat verir ki, sürücü Adil Rzayev həmin ərazidə sərnişin düşürmək istəyib. Daha sonra isə yol buzlu olduğu üçün avtobus yolun kənarına çırpılıb.

Hadisə yerinə dərhal Baş Dövlət Yol Polisi İdarəsi alayının 3-cü tağımının əməkdaşları cəlb olunub.

Sərnişinlər digər avtobusla yola salınıb. Sonra Adil Rzayevə məxsus avtobusun hərəkəti bərpa edilib.