Deputatın qohumu olan direktor qəfil vəfat etdi - FOTO

14
Yan
2024
14:28

Ağstafa rayonu, Zəlimxan kənd orta məktəbinin direktoru Qalib Cəfərov vəfat edib.

Azreform.info   iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, ötən gün axşam saatlarında qəfildən dünyasını dəyişib.

Q.Cəfərov uzun illərdir direktor vəzifəsində çalışırdı.

Qeyd edək ki, Q.Cəfərov Milli Məclisin deputatı Nizami Cəfərovun yaxın qohumudur.