Şəkidə qar yolları iflic edib, avtomobillər yolda qalıb

14
Yan
2024
11:28

Şəkidə qar yolları iflic edib, avtomobillər yolda qalıb.

Azreform.info "Report"a istinadla xəbər verir ki, Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yollar buz bağlayıb.

Əsasən yük avtomobillərinin hərəkəti çətinləşib. Yolda qalan avtomobillər yolun hərəkət hissəsindən çıxarılıb.

Əraziyə yol istismarı işçiləri və Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yolda nəqliyyatın hərəkəti məhdud şəkildə davam edir.