Bakının Səbail rayonunda qətl hadisəsi baş verib.
Azreform.info xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.
1995-ci il təvəllüdlü Fətəliyev Etibar Bəxtiyar oğlu bıçaqlanmış vəziyyətdə 3 saylı Təcili Tibbi Yardım stansiyasına gəlib. O, təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
E.Fətəliyev bir neçə bıçaq zərbəsindən çoxlu qan itirib.
Faktı Səbail Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları araşdırır.