WSJ: İsrail Misirə xəbərdarlıq etdi: əməliyyat planlaşdırılır

13
Yan
2024
22:21

İsrail Qəzza zolağının Misirlə sərhədinə nəzarəti ələ keçirmək üçün əməliyyat planlaşdırır.

Azreform.info ” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Adı açıqlanmayan İsrail və Misir rəsmiləri qəzetə bildiriblər ki, İsrail rəsmiləri Misirlə sərhəddə hərbi əməliyyat planlaşdırdıqları barədə Qahirəni artıq xəbərdar ediblər.

Qeyd olunub ki, İsrail təxminən iyirmi il ərzində Qəzza zolağının bir sərhədi istisna olmaqla bütün sərhədlərinə nəzarət edib.

İndi yəhudi dövləti Fələstin anklavının cənub sərhədinə nəzarəti bərpa etməyə çalışır.(Report)