Bloomberg: Ağ Ev bəzi departamentləri xəbərdar edib

13
Yan
2024
20:35

Ağ Ev bəzi departamentləri ABŞ hökumətinin mümkün dayandırılmasına (bağlanmasına) hazırlaşmağın zəruriliyi barədə məlumatlandırıb.

Azreform.info ” xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Belə ki, Ağ Evin İdarəetmə və Büdcə Ofisi bəzi departamentlərə hökumətin maliyyələşdirilməsi dayandırıldıqda necə fəaliyyət göstərəcəkləri barədə məlumat verib.

2023-cü ilin noyabrında ABŞ prezidenti Cozef Bayden federal hökumətin işini müvəqqəti maliyyələşdirmək üçün Konqresin hər iki palatası tərəfindən əvvəllər təsdiq edilmiş qanun layihəsini imzalayıb.

Əgər yanvarın 19-dan sonra federal hökumətin işinə davam etməsi üçün vəsait ayrılmasa qurum fəaliyyətini qismən dayandıra bilər.