Şamaxı-İsmayıllı yolu güclü qar səbəbindən bağlanıb

13
Yan
2024
19:49

Güclü yağan qar səbəbindən Şamaxı İsmayıllı avtomobil yolunu bağlanıb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalib.

İlkin məlumatlara əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar meydana gəlib.