Bakıda sərnişin avtobusu qəzaya uğradı - VİDEO

13
Yan
2024
16:56

Bu gün Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə hadisə şahidləri Baku.ws-ə məlumat veriblər.
Bİldirilir ki, “Həzi Aslanov” metrosu yaxınlığında, Məhəmməd Hadi küçəsində sərnişin avtobusu qəzaya uğrayıb. Avtobus piyada səkisinə çırpılıb. Nəticədə avtomobilə ziyan dəyib. Lakin xəsarət alanlar barədə məlumat verilməyib.