Balakəndə AĞIR QƏZA: 4 yaralı var

13
Yan
2024
10:00

Balakəndə ağır yol qəzası olub.

Azreform.info xəbər verir ki, hadisə Talalar kəndi ərazisində baş verib. Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun idarə etdiyi “VAZ-2107” toqquşub. Nəticədə “VAZ”dakı 4 sərnişin xəsarət alıb.

Onlardan 3-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 40 yaşlı N. Əhmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.