Masazırda eyvandan yıxılan 15 yaşlı qızın vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd APA-nın sorğusuna cavab olaraq bildirib ki, Ayan Aslanovanın hər iki aşağı ətrafında olan sınıqlara görə cərrahi əməliyyat icra olunub.
Əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Vəziyyəti stabildir.