Fransa prezidenti Emmanuel Makronun ikiüzlülüyü və ümumiyyətlə, sözdə “Kollektiv Qərb” artıq bədnamdır. Ermənistanın timsalında hamı buna bir daha əmin oldu.
Bunu "Xalq Cəbhəsi"nə rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert və analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.
O, qeyd edib ki, həm Makron, həm Brüsseldəki marionetlər, həm də onların Vaşinqtondakı ağaları Azərbaycanı işğalçı dövlət kimi təqdim etməyə çalışır. Hətta tarixən və beynəlxalq hüquqa uyğun olaraq ona məxsus olduğu əraziləri qaytardığına görə Bakıya qarşı beynəlxalq sanksiyaların tələb edirlər. Azərbaycanın əzəli torpaqları bir neçə onilliklər ərzində Ermənistan tərəfindən işğal olunub və bu, yəqin ki, Parisə, Brüsselə və Vaşinqtonun maraqlarına tam uyğun gəlirdi:
"Əslində bu günə qədər də bunu davam etdirirlər. Fransa hakimiyyəti də tamamilə həyasızcasına Ermənistanı silahla doldurur. Amma müdafiə xarakterli deyil, bunu Azərbaycandan gələn xəyali təhlükə ilə və hüquqi baxımdan, məsələn, Ermənistanın üzvü olduğu KTMT çərçivəsində izah etmək olar, lakin hücum xarakterlidir. Bu isə artıq birbaşa sübut edir. Fransa Ermənistanı birbaşa Azərbaycana qarşı hərbi təcavüzə sövq edir. Bütün sağlam düşüncəli insanlar yaxşı başa düşürlər ki, bu, regionda mövcud qüvvələr pariteti və Azərbaycan xalqının əhval-ruhiyyəsini nəzərə alsaq, Ermənistan və onun xalqı üçün intihardır. Lakin nə Ermənistanın suveren dövlət kimi gələcəyi, nə də həyatı yeni mənasız müharibənin ocağına atılacaq vətəndaşlarının taleyi nə Makronu, nə də Paşinyanı narahat edir".
V.Arkov onu da vurğulayıb ki, Paşinyan rejiminin Parisin göstərişi ilə sülh müqaviləsinin imzalanmasını əsassız olaraq gecikdirməkdə davam edəcəyi, eyni zamanda Fransanın Ermənistanı hücum silahları ilə təchizi davam edəcəyi bir şəraitdə Azərbaycan rəhbərliyinin real addımlar atmaq hüququ olacaq. Ermənistan ərazisində bu cür silahların saxlandığı yerlərə yüksək dəqiqliklə zərbələr endirilməsi dövlət təhlükəsizliyinə real təhlükə yaradır.
Bakı ilə Tbilisi arasında birbaşa dialoqda Gürcüstanın limanları və ərazisindən Ermənistana hücum silahlarının tranziti məsələsinin gündəmə gətirilməsi də məntiqlidir.