4 məcburi köçkün ailəsinin yaşadığı ev yandı

12
Yan
2024
15:00

Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 4 ailənin, ümumilikdə 15 nəfər keçmiş məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Hadisə yerində Oğuz və Şəkidən 4 yanğınsöndürən texnika və şəxsi heyət cəlb olunub. Yanğın zamanı tikili yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.