Azərbaycanda tanınmış şəxsin ailəsində faciə: ölən futbolçu idi - FOTO

12
Yan
2024
14:56

Masallı rayonunda 36 yaşlı şəxs qəfil vəfat edib.

Azreform.info publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ərkivan qəsəbəsində baş verib.

Qəsəbə sakini, 36 yaşlı Asim Ağamir oğlu Bəşirov qəfil ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, mərhum A.Bəşirov “Ərkivan” futbol klubunun futbolçusu olub. O, tanınmış şairə, fəlsəfə doktoru Rəsmiyyə Sabirin bacısı oğludur.