Prezident ilk dəfə anklavlarla bağlı detalları açıqladı, iki ölkə arasında ekspert qrupu yaradıla bilər; Zəngəzur dəhlizi mübahisələrinə nöqtə qoyuldu.
Prezidentliyə namizəd Fuad Əliyev isə Zəngəzur dəhlizi və marşrutlar mövzusunda bildirdi ki, dövlət başçısı Ermənistana aydın şəkildə xəbərdarlıq etdi. F.Əliyevin sözlərinə görə, İrəvan yollardan, logistikadan, yeni iqtisadi divident fürsətlərindən məhrum olmaq istəmirsə, 10 noyabr sənədində götürdüyü öhdəlikləri yerinə yetirməlidir:
“Ölkə başçısı İlham Əliyevin müsahibəsində nəqliyyat kommunikasiyaları barədə söylədikləri ondan ibarətdir ki, Ermənistan Azərbaycanla sərhədlərin açılmasının, Rusiyaya gedən dəmiryol xəttinin işə düşməsinin üzünə həsrət qala bilər. Ermənistan üçtərəfli bəyanatın 9-cu bəndini 4 ilə yaxındır ki, icra etmir. O sənədin 4-cü bəndini də yerinə yetirmədiyi üçün 19 sentyabrda keçirilən antiterror tədbiri ilə özümüz məsələni həll etdik. Əgər 9-cu bəndin, yəni Zəngəzur dəhlizinin açılmasını da yubatmağa belə davam edərsə, onun işə düşməsi üçün siyasi-diplomatik təzyiqlərimizi gücləndirə bilərik. Mənə belə gəlir ki, müsahibədə İrəvana ötürülən mesajlar bundan ibarət idi”.
/Yeni Müsavat/