Bakıda ağır qəza: maşın iki qadını vurdu, biri öldü

12
Yan
2024
10:00

Ötən gün Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.

Azreform.info Trend-ə istinadən xəbər verir ki, Qala-Pirallahı yolunda Elçin Eldar oğlu Səmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə yolu keçən Rəqsanə Ələsgər qızı Əhmədova və Tərgül Qəşəm qızı Zamanovanı vurub.

Rəqsanə Əhmədova hər iki ayağın sınığı, Tərgül Zamanova isə başın əzilmiş yarası xəsarəti ilə Xəzər Tibb Mərkəzinə aparılıb. Tərgül Zamanova aldığı xəsarətlərdən reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.