Yevlaxda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Azreform.info "Report"a istinadla xəbər verir ki, şəhər ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, xəsarət alanlar - 1973-cü il təvəllüdlü Ş.Məmmədov və 1994-cü il təvəllüdlü E.Şəmiyev xəstəxanaya çatdırılıblar.
Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.