Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi üzrə işlər ilin sonunadək yekunlaşacaq

17
Noy
2023
11:58

Azreform.info xəbər verir ki, bu ilin sonuna kimi Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolu genişləndiriləcək, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istifadəyə verilib və onun Gürcüstanda genişləndirilməsi üzrə işlər bu ilin sonunadək başa çatdırılacaq”, - deyə Cabbarov Dayanıqlı İnkişaf üzrə II Bakı Forumunda çıxışı zamanı bildirib.