Almaniya qaçqınlar üçün sosial müavinətləri azaldacaq

8
Noy
2023
08:36

2024-cü ildən etibarən federal hökumət əyalət orqanlarına hər sığınacaq axtaran şəxs üçün ildə 7500 avro məbləğində birdəfəlik pul ödəyəcək. Ödəniş üçün miqrantlara nağd pul əvəzinə kartlar veriləcək.

Aylarla davam edən mübahisələrdən sonra Almaniyanın federal mərkəzi və federal ştatları qaçqınların köçürülməsi və saxlanması xərclərinin bölüşdürülməsi üçün yeni prosedur haqqında razılığa gəliblər. Berlində keçirilən görüşdə Almaniya kansleri Olaf Şolz və əyalət hökumət başçıları razılaşıblar ki, 2024-cü ildən federal mərkəz əyalət orqanlarına hər sığınacaq axtaran şəxs üçün ildə birdəfəlik 7500 avro ödəyəcək.

Bu o deməkdir ki, mərkəzin maliyyə iştirakı bundan sonra hökumətin himayəsində olan qaçqınların konkret sayından asılı olacaq.

azreform.info