Aygün Bəylərin cənazəsi Bakıya nə vaxt gətiriləcək? - Nazirlikdən AÇIQLAMA

7
Yan
2024
12:42

Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır.

Azreform.info xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat veriblər.

Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək: "Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətirləcək".

Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.