Azərbaycan Ağsaqqallar Şurası növbəti regional konfransını keçirib

16
Noy
2023
16:10

 

Azərbaycan Ağsaqqallar Şurası Gədəbəy rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş növbəti regional konfrans keçirib.


Rayonun Heydər Əliyev Mərkəzində baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin Gəncə, Şəmkir, Daşkəsən, Samux və digər qərb rayonlarının Ağsaqqallar Şuralarının sədrləri və üzvləri, habelə şəhid valideynləri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov öz çıxışında tədbir iştirakçılarını salamlayaraq, konfransın xalqımız üçün çox əhəmiyyətli olan bir movzuya həsr edildiyini vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsi bütün ölkəmizdə böyük ehtiramla anılır. O, Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışaraq bu dahi şəxsiyyətin ağsaqqallara və ziyalılara göstərdiyi diqqət və qayğının xüsusi önəmini qeyd edib. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Orxan Mürsəlov qazanılan möhtəşəm Zəfərdən, işğaldan azad olunmuş torpaqlarımızdakı quruculuq işlərindən söz açıb. O, həmçinin, rayonun ictimai-mədəni həyatında ağsaqqaların yaxından iştirak etdiyini vurğulayaraq, cəmiyyətimizdə hər zaman ağsaqqal sözünə və nəsihətinə ehtiyacın olduğunu bildirib.

Sonra çıxış edən Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, habelə şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqalları və digər natiqlər müstəqil Azərbaycanın Ümummilli Lideri və müdrik rəhbəri Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs ediblər. Vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək nailiyyətlərlə davam etdirərək ölkəmizin hərtərəfli inkişafını təmin edir. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə şanlı Ordumuzun şəhər və kəndlərimizi düşmən tapdağından azad etdiyini vurğulayan natiqlər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərqarar edildiyini bir daha qürurla tədbir iştirakçılarına xatırladıblar. Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevə, böyük Zəfərimizə və ağsaqqallara həsr olunmuş şeirlər səsləndirilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq bildirib ki, xalqımız yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev dərin zəkasının işığında qədəm qoyub. Bu gün davamlı inkişaf yolunda uğurla irəliləyən qüdrətli Azərbaycan Ümummilli Liderimizin həyat amalının təntənəsi, şah əsəridir. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I və II dövrünü geniş və dolğun şəkildə təhlil edərək bu dahi şəxsiyyətin xalqımız üçün çox dəyərli və əvəzedilməz bir insan olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, müasir tariximizin qurucusu Ulu Öndər Heydər Əliyevin Vətənimiz qarşısında böyük xidmətləri və əziz xatirəsi hazırda Azərbaycanın hər yerində və ölkəmizin hüdudlarından kənarda geniş şəkildə anılır. Natiq Azərbaycan Ağsaqqallar Şurası tərəfindən də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi – Heydər Əliyev İli ilə bağlı bir sıra əhəmiyyətli tədbirlərin, o cümlədən beynəlxalq və regional konfransların keçirildiyini vurğulayıb. Bayram Yusifov bu ilin may ayında Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Bakı şəhərində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirildiyini bildirərək əlavə edib ki, konfransda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Ağsaqqallar Şuralarının nümayəndələri, o cümlədən qardaş türk dövlətlərindən olan ictimai-siyasi xadimlər, alimlər, ziyalılar iştirak ediblər.

Bayram Yusifov öz çıxışında Ata vəsiyyətini yerinə yetirərək işğal altındakı torpaqlarımızı işğaldan azad edən, xalqımıza böyük Qələbə sevincini yaşadan müzəffər Ali Baş Komandanımız, dövlət başçısı cənab İlham Əliyevin 20 illik uğurlu prezidentlik fəaliyyətindən də bəhs edib. Vətənimizin, xalqımızın və dövlətçiliyimizin inkişafına həsr olunmuş bu illər ərzində görülən möhtəşəm işlərdən, xüsusilə üçrəngli bayrağımızın Qarabağda və işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanmasından, suverenliyimizin tam bərpa edilməsindən söz açıb. Bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda böyük bərpa-quruculuq işləri həyata keçirilir və artıq “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Bayram Yusifov ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıran Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara böyük diqqət və qayğı göstərdiyini də qeyd edib. Bildirib ki, hazırda 35 mindən çox üzvü olan Azərbaycan Ağsaqqallar Şurası qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək fəaliyyətini daha geniş və effektiv şəkildə davam etdirir.

Konfransda bu günlərdə şərəfli ömrünün 75-ci ildönümünü qeyd edən Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramova Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin yubilyara ünvanladığı təbrik və hədiyyələr təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.







 

 

 

 

 

 

 

 

 

  •