Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 22 438 nəfərə çatıb.
“Azreform.info ” xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha 57 614 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzza zolağında azı 125 nəfər ölüb, 300-dən çox şəxs yaralanıb.