“2024-cü ildə bizdə iqtisadi artımda müəyyən yavaşlama olacaq, iqtisadi artımın 6% civarında olacağını gözləyirik”.
Azreform.info “Report”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının sədr müavini Armen Nurbekyan bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Ermənistanda iqtisadi artım 12,6 faiz, 2023-cü ildə isə 8 faizə yaxın olub.
İnflyasiyaya gəlincə, Armen Nurbekyan bildirib ki, iki əsas ssenari mövcuddur:
“Birinci ssenari ondan ibarətdir ki, inflyasiya mühiti yumşaq olaraq qalacaq və bu, əmək bazarında təzyiqlərin azaldılması ilə bağlı olacaq.
Amma başqa ssenari də var ki, ona görə inflyasiya gözləntiləri müəyyən qədər qalacaq, çünki bizdə maaş artımı 10%-dən yuxarıdır, bu, yüksək rəqəmdir, digər tərəfdən, xidmət sektorunda yüksək inflyasiya var. İnflyasiya gözləntiləri ilə bağlı son sorğulara baxdığımızda qeyri-müəyyənliklər artdıqca hər iki ssenarinin də reallaşdığı görünür”.