Hindistan Kiyevə artilleriya mərmiləri tədarük etməyib.
Azreform.info xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu məsələ ilə bağlı mətbuatda da yazılanları gördük. Amma biz bu informasiyanı qəti şəkildə rədd edirik", - məlumatda bildirilib.
Qeyd edək ki, Hindistanın "EurAsian Times" nəşri ölkəni Ukrayna-Rusiya müharibəsində tərəf tutmaqda ittiham edib. Eyni zamanda, Ukrayna ordusunun Hindistan istehsalı olan artilleriya mərmilərindən istifadə etməsi ilə bağlı videolar yayımlanıb.