İŞİD terror təşkilatı İrandakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.
Azreform.info TRT-yə istinadən xəbər verir ki, terror təşkilatı telegram kanalında hücumu həyata keçirdiklərini açıqlayıb.
Qeyd edək ki, İran mənbələrinin məlumatına görə, yanvarın 3-də ölkənin Kirman şəhərində iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlər arasında şəxsiyyəti müəyyənləşdirilənlərin sayı 84 nəfərdir.