Lukaşenko vəzifəsindən getməyə hazırlaşır - Qanun təsdiqləndi

4
Yan
2024
19:28

Belarus Prezidenti Aleksandr Lukaşenko vəzifəsindən gedən prezidentin təhlükəsizliyinin təminatı ilə bağlı “Prezdent haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. 

Azreform.info xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat katibliyi məlumat yayıb. 

Dəyişikliklər əsasən təqaüddə olan prezidentə və onun ailə üzvlərinə toxunulmazlıq, ömürlük müdafiə və dövlət daşınmaz əmlakı hüququnu təmin edir. 

Dəyişiklik edilmiş qanun prezident vəzifəsini tərk edən şəxsin Ümumbelarus Xalq Assambleyasının nümayəndəsi və Respublika Şurasının ömürlük üzvü olmasını nəzərdə tutur.

Eks-prezidentə və onun ailə üzvlərinə onun hakimiyyəti dövründə törədilmiş hər hansı cinayətlərə görə toxunulmazlıq verilir.

Qanunda deyilir ki, prezident istefa verdikdən sonra dövlət daşınmaz əmlakı, o cümlədən üzərində əsaslı tikililərin yerləşdiyi torpaq sahəsi hədiyyə olunacaq. Bundan əlavə, dəyişikliklər müəyyən edir ki, yalnız seçkilərə qədər azı 20 il Respublikada yaşayan və xaricdə yaşamaq üçün icazəsi olmayan azı 40 yaşı olan vətəndaş prezident ola bilər.

Mürtəza
Azreform.info