Ermənistanın Baş naziri Nikol Paşinyan məktəbə tikintisində yol verilən çatışmazlığa görə iki yüksəkçinli məmuru vəzifəsindən azad edib.
Azreform.info xəbər verir ki, o bu barədə hökumətin bu gün keçirilən iclasında məlumat verib.
Paşinyanı Ermənistanın Lori bölgəsinə səfəri zamanı onu Şəhərsalma Komitəsinin rəhbəri Armen Güləryan və Lori vilayətinin qubernatoru Aram Xaçatryan müşayiət edib.
O həmin şəxslərin məktəb tikintisində yol verdikləri nöqsanlara görə narazılığını bilrirərək belə hallara dözməyəcəyini bildirib. Belə hallara yol verənləri ciddi cəzalandıracağını qeyd edib. Nəticə etibarilə Paşinyan həmin şəxsləri bu gün tutduqları vəzifələrindən azad edib.
O, iclasda digər komanda yoldaşlarına da "barmaq silkələyərək özlərini yığışdırmağı" tapşırıb.
Mürtəza
Azreform.info