Keçmiş NATO komandiri: İran vurulmalıdır, qəti addımlar atın

4
Yan
2024
15:42

ABŞ İrana qarşı qəti addımlar ataraq, hərbi obyektlərini vurub donanmasını batırmalıdır.

Azreform.info xəbər verir ki, bu barədə NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş baş komandanı, admiral Ceyms Stavridis “Bloomberg”ə yazdığı məqalədə bildirib.

“Qərb koalisiyasının husilərə qarşı hərəkətləri onları hücumlarından əl çəkməyə inandıra bilmədi. ABŞ yəqin ki, İran gəmilərini batırmalıdır. O, xatırladıb ki, bu, 1980-ci illərdə belə olub, sonra İran nəticə çıxarıb”, - admiral Stavridis qeyd edib.

Onun fikrincə, ABŞ İranın dəstəklədiyi Yəmən husilərinə qarşı tədbirlərə əl atıb, lakin onlar hücumlarını dayandırmadılar: “Buna görə də Amerika tərəfi İran hədəflərinə hücumlar da daxil olmaqla eskalasiya üçün bir neçə variantı nəzərdən keçirməlidir. 

Bundan əlavə İran tərəfinə hücumların mümkünlüyü barədə rəsmi xəbərdarlıq edilməlidir”.

Stavridis mümkün ilkin hədəflər arasında Fars körfəzi və Ərəb dənizindəki dəniz platformalarına nəzarət obyektləri, daha sonra husilərə silah daşımaq üçün istifadə edilən gəmiləri qeyd edib. 

O əlavə edib ki, bu addım elə də asan deyil, lakin 1980-ci illərin sonlarında ABŞ belə bir praktikadan istifadə edib. 

“ABŞ Hərbi Dəniz Qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı İran dəniz qüvvələrinin döyüş gücünün böyük hissəsini məhv etdi. İran mesajı aldı. Ola bilsin ki, onu yenidən təkrarlamağın vaxtı çatıb”, - Stavridis qeyd edib.

Mürtəza
Azreform.info