Pakistanda 6 bərbər güllələndi - Qəribə səbəb

4
Yan
2024
10:56

Pakistanın kişilərin saqqal qırxması qadağan olunan Şimali Vəzitistan əyalətində 6 bərbər güllələnib.

Azreform.info “reuters”ə istinadən xəbər verir ki, Pakistan rəsmiləri uzun müddətdir, kişilər üçün məcburi saqqal saxlamağı ehtiva edən sərt İslam qanunu versiyasını tətbiq edən bölgədə altı bərbərin öldürülməsi faktını araşdırdıqlarını bildiriblər.

Altı bərbər bazar ertəsi axşam saatlarında Şimali Vəziristan rayonunda öz iş yerlərinin yaxınlığında yaşadıqları ünvanda güllələnib və bu qətl yerli sakinlər arasında qorxuya səbəb olub.

Bölgənin polis rəisi Rohan  Zeb Xan "Reuters"ə altı bərbərin başından güllələndiyini təsdiqləyərək deyib ki, hadisənin motivi hələ məlum deyil və biz bunu araşdırırıq.

Bərbərlər yerli sakin olmayıb onlar Pəncab əyalətindən olublar. Onlar Mir Əli qəsəbəsindəki dükanlarının yaxınlığında birlikdə yaşayıb və silahlı şəxslərin hücumuna məruz qalıblar.

Mürtəza
Azreform.info