İran Prezidenti Türkiyəyə səfərini ləğv edib

3
Yan
2024
22:35

İran Prezidenti İbrahim Rəisi Kermanda baş verən terror aktından sonra Türkiyəyə səfərini ləğv edib.

APA xəbər verir ki, İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi IRNA-ya açıqlamasında İbrahim Rəisinin Türkiyəyə səfərinin ləğv edildiyini və səfərin başqa vaxt baş tutacağını deyib.

Qeyd edək ki, İbrahim Rəisinin sabah Türkiyəyə səfəri planlaşdırılmışdı.