Fransada 1,5 minə yaxın insan işıqsız qalıb

3
Yan
2024
22:07

Fransanın Pa-de-Kale departamentində 1,5 minə yaxın insan işıqsız qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə departamentin prefekturası məlumat yayıb.

Elektrik enerjisinin kəsilməsinə səbəb daşqınlardır.

Bununla yanaşı, bir sıra kommunalarda 2,1 min insan sudan istifadədə məhdudiyyətlərlə üzləşib.