Ukrayna ən azı bir milyon PUA alacaq

2
Yan
2024
18:00

Ukrayna Müdafiə Nazirliyi FPV pilotsuz təyyarələrinin ilk partiyalarının alınmasını sifariş edib.

Azreform.info “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov yazıb.

Ümumilikdə, dövlət 2024-cü ildə ən azı bir milyon dron almağı planlaşdırır.

“İlk dəfə ordunun pilotsuz təyyarələrə tam real ehtiyacının dəqiq hesablanması və ümumiləşdirilməsi vacibdir. Biz səmərəli maddi-texniki təchizat, alış xərclərini azaltmaq və kifayət qədər döyüş hissələri istehsal etmək üzərində işləyirik”, - Umerov yazıb.

Mürtəza
Azreform.info