Yeni il gecəsi 3 min miqrant saxlanıldı: polis onlara “hədiyyə” verdi

2
Yan
2024
17:21

Yeni il gecəsi Sankt-Peterburqun mərkəzi hissəsindən 3 minə yaxın xarici vətəndaş polis idarələrinə aparılıb. 

Azreform.info xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.

Təslim edilənlərin 600-dən çoxu miqrasiya qanunvericiliyinin müxtəlif pozuntuları ilə Rusiyada olub.

Onların hamısına Yeni il üçün inzibati protokol şəklində “hədiyyə” verilib.

Yüzdən çox insan Rusiya Federasiyasından çıxarıla bilər.

Azreform.info