Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı artdı

2
Yan
2024
13:35

Yaponiyanın İşikava prefekturasında onlarla evin dağılmasına və yanğınlara səbəb olan 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, təbii fəlakət zamanı həlak olanların sayı 48-ə yüksəlib.

Şiddətli zəlzələdən sonra ən azı 155 yeraltı təkan baş verib ki, bu da Niiqata, Fukui, Toyama və Gifu əyalətlərini əhatə edib. Vacimada 200-dən çox binada yanğın baş verdiyi, yolların bağlanmasına görə təxminən 500 adamın şəhərdəki hava limanında qapalı vəziyyətdə qaldığı bildirilib.