Ötən gecə Fransada 745 avtomobil yandırılıb

2
Yan
2024
02:28

Yeni il gecəsi Fransada 745 avtomobil yandırılıb, 380 nəfər isə saxlanılıb. 

Azreform.info xəbər verir ki, bu barədə məlumatı Fransanın daxili işlər naziri Jerald Darmenen öz “X” hesabında paylaşıb. 

Onun sözlərinə görə, bununla belə, ötən illə müqayisədə 10 faiz daha az avtomobil yandırılıb. 

Eyni zamanda, ölkə üzrə saxlanılanların sayının da 10 faiz azaldığı qeyd olunub.