İsrailin Ali Məhkəməsi mübahisəli məhkəmə qanununu ləğv edib

2
Yan
2024
00:00

İsrailin Ali Məhkəməsi məhkəmə islahatları çərçivəsində Nazirlər Kabinetinin qərarlarına yenidən baxmaq səlahiyyətlərini məhdudlaşdıran qanunu ləğv edib.

Azreform.info xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb.

2023-cü ilin yayında Benyamin Netanyahu hökumətinin məhkəmə islahatları çərçivəsində təsdiqlənmiş ilk qanunun ləğvi barədə qərar Ali Məhkəmə kollegiyasındakı 15 hakimdən 8-nin səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin irəli sürdüyü və Knessetinin (parlament) yekun oxunuşda təsdiqlədiyi məhkəmə islahatlarının birinci qanunu ötən ilin iyulun 26-da qüvvəyə minib.

Məhkəmə islahatlarının mübahisəli elementlərindən biri olan bu qanun Ali məhkəmənin İsrail hökumətinin qərarlarına yenidən baxmaq səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.