Şimali Koreya lideri Kim Çen In hərbi qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları - Vaşinqton və Seulun məhv ediləcəyi ilə hədələyib.
“Azreform.info ” xəbər verir ki, onun sözlərini Koreyanın Mərkəzi Xəbər Agentliyi sitat gətirib.
“Yoldaş Kim Çen In inqilabımızın yorulmadan irəliləyişi ilə ABŞ-ın ölməkdə olan hiylələrinin və onun qarşısını almağa çalışan “Koreya Respublikası”nın ünsürlərinin daha da güclənəcəyini deyib və vurğulayıb ki, ordumuz düşmənlərin təxribatlarını amansızcasına darmadağın etməlidir”, - agentliyin məlumatında deyilir.
Qeyd olunur ki, Kim Çen In düşmənləri məhv etmək üçün bütün “super güclü vasitələr” arsenalından istifadə etməyə hazırdır.
Bundan əvvəl Şimali Koreya lideri bəyan edib ki, Koreya yarımadasında ən qatı düşmən olan iki dövlət yerləşir. O, Koreya yarımadasında münaqişənin gərginləşməsinin mümkünlüyünü etiraf edib.
KXDR lideri həmçinin ölkəni mümkün müharibəyə hazırlığı gücləndirməyə çağırıb.