Əksər britaniyalılar hesab edir ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ölkə iqtisadiyyatına mənfi təsir göstərib, mağazalarda qiymətləri qaldırıb və hökumətin immiqrasiyaya nəzarət cəhdlərinin qarşısını alıb.
Azreform.info xəbər verir ki, bu, "Brexit"in üçüncü ildönümündə keçirilən "Opinium" sorğusunun nəticəsidir.
"2000-dən çox Böyük Britaniya seçicisi arasında aparılan sorğu "Brexit"in onlara və ya ölkəyə fayda verdiyinə inananların heyrətamiz dərəcədə aşağı olduğunu göstərdi", deyə nəşr qeyd edir.
Sorğunun nəticələrinə görə, yalnız hər onuncu britaniyalı hesab edir ki, Avropa İttifaqından çıxmaq onların maliyyə vəziyyətinə müsbət təsir edib, respondentlərin 35%-i isə belə qərarın onların maliyyə vəziyyətinə pis təsir etdiyini düşünür.
Ətraflı
Sorğuda iştirak edənlərin daha 9%-i "Brexit"in Milli Səhiyyə Xidməti üçün yaxşı olduğunu, 47%-i isə əksini bildirib.
Britaniyalıların yalnız 7%-i Aİ-dən çıxmağın mağazalarda qiymətlərin aşağı düşməsinə kömək etdiyini düşünür, 63%-i isə bunun inflyasiyanın artmasına və yaşayış böhranına səbəb olduğunu fikrindədir.
"Sorğu göstərir ki, referendumdan 7,5 il sonra Britaniya ictimaiyyəti indi "Brexit"i uğursuzluq kimi qiymətləndirir. Seçicilərin yalnız 22%-i bunun bütövlükdə Böyük Britaniya üçün yaxşı olduğuna inanır", deyə nəşr yazır.