Xətai rayonunda baş verən yanğın zamanı xəsarət alan olmayıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xətai rayonunda binaların birində baş verən yanğınla əlaqədar 1 yanvar 2024-cü il tarixində saat 00:21 radələrində məlumat daxil olub.
Məlumat üzrə aidiyyatı dövlət qurumunlarının əməkdaşları ilə birgə polis əməkdaşları əraziyə cəlb olunub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb xəsarət alan yoxdur.
Hadisə Xətai rayonu, Gəncə prospektində yerləşən Xətai Park Yaşayış Kompleksində baş verib.
Məlumata görə, yanğın fişəng atılandan sonra baş verib.