Kiyevdə raket hücumu nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Şəhər meri Vitali Kliçko yanvarın birini matəm günü elan edib.
O qeyd edib ki, dekabrın 29-da paytaxta raket hücumu dinc əhali arasında itkilərin sayına görə ən böyük hücum olub.
Hazırda xilasedicilər işlərini davam etdirirlər və dağıntıların təmizlənməsi zamanı yeni cəsədlərin üzə çıxacağı istisna deyil.(oxu.az)