İsrailin yeni XİN başçısı - Eli Koeni o əvəz etdi

31
Dek
2023
22:35

Müharibə vəziyyətində olan İsrail hökuməti kabinetdə dəyişiklik edib. Belə ki, Eli Koen İsrailin yeni energetika naziri vəzifəsinə təyin edilib.

Azreform.info xəbər verir ki, Eli Koenin yerinə İsrael Kats xarici işlər naziri təyin edilib.

Məlumata görə, hazırkı hökumət hakimiyyətdə qalarsa, Koen 2026-cı ildə xarici işlər naziri vəzifəsini icra edə biləcək.

Digər tərəfdən, İsrail hökuməti təxirə salınan bələdiyyə seçkilərinin fevralda keçirilməsi üçün yaşıl işıq yandırsa da, qərar Knesset (parlament) tərəfindən təsdiqlənməlidir.(musavat.com)