Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreya lideri Kim Çen In-a xəbərdarlıq edib.
Azreform.info xəbər verir ki, bu barədə müdafiə nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, Seula qarşı nüvə silahından istifadə etmək qərarı alınarsa, “bu onun rejiminin sonu” olacaq.
Cənubi Koreya şimal qonşusunun ölkənin nüvə və raket arsenalını genişləndirmək və gələn il daha üç kəşfiyyat peykini orbitə buraxmaq niyyətləri barədə bəyanatlarını qətiyyətlə pisləyir.