Bayram günü Bakıda restoran yanır

31
Dek
2023
16:49

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.