Bu rayona hər gün qatar işləyəcək - Bayramda

30
Dek
2023
17:49

Artan şərnişin tələbatı nəzərə alınaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus sürətli sərnişin qatarları bayram günlərində hər gün Qəbələ istiqamətində hərəkət edəcək.

Azreform.info  ADY-yə istinadən xəbər verir ki, qurum sərnişinləri mənzilbaşına təhlükəsiz və rahat çatdırılması üçün xidmət keyfiyyətini vaxtaşırı təkmilləşdirir və vaqon parkını müasirləşdirir.

Belə ki, Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 01– 06 yanvar 2024-cü il tarixlərində Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.

"Həmçinin Qəbələ Dəmiryol Vağzalında yeni fəaliyyətə başlamış “coffeeshop” sərnişinlərin asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradır. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz", - deyə məlumatda deyilir.