Qarabağda torpaq icarəyə veriləcək - Sistem yaradılır

30
Dek
2023
17:35

İşğaldan azad edilmiş ərazilərdə tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi barədə müraciətlərin sadələşdirilməsi və şəffaflaşdırılması məqsədilə torpaqayırma modulunun yaradılması və birpəncərə arxkom.gov.az sisteminə inteqrasiya edilməsi nəzərdə tutulur.

Azreform.info ın məlumatına görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi işlərə başlayıb.

Layihə ilə bağlı "Septem" MMC ilə 64,9 min manatlıq müqavilə imzalanıb.

Könül
Azreform.info