Türkiyəli nazirlər Bakıya gələcəklər

14
Noy
2023
11:27

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki 14-15 noyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Bu barədə Azreform.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilir ki, nazir səfər çərçivəsində 15 noyabr tarixində Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

Həmçinin noyabrın 16-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbaycana səfəri çərçivəsində Zəngilana gedəcək.