Qızılca nədir?
Qızılca virusun yaratdığı kəskin infeksiyadır. Xəstəlik hava-damcı yolu ilə ötürülür və hər yaşda olan insanlara təsir edə bilər. İlk simptomlar tez-tez yüksək temperatur, öskürək və axan burundur, lakin sətəlcəm və ya beynin iltihabı kimi daha ciddi ağırlaşmalar inkişaf edə bilər.
"Qızılca sətəlcəm, müxtəlif iltihablar, otit, hətta korluq kimi təhlükəli fəsadlara gətirib çıxara bilər. Bu gün qızılcanın xüsusi müalicəsi yoxdur, ona görə də özünüzü belə qorxunc infeksiyadan xilas etməyin yeganə yolu yalnız peyvənd etməkdir", - Səhiyyə Nazirliyidən azreform.info-ya bildiriblər.