Piyada keçidi 1 ildir işləmir, çətinliklər yaranıb - FOTO

26
Dek
2023
16:42

Xətai rayonunun Ukrayna dairəsindəki yerüstü keçiddə liftin 1 ildir işləmədiyi deyilir.

Azreform.info ” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.

Bildirilir ki, liftin işləməməsi xüsusilə uşaq və əlil arabaları ilə hərəkət edən piyadalar üçün çətinlik yaradır.

Qeyd edək ki, bununla bağlı şikayətlər mətbuatda bir neçə dəfə dərc olunub.

Azreform.info ” məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərib.

Xatırladaq ki, sözügedən piyada keçidi 2020-ci ilin iyununda istifadəyə verilib.

Könül
Azreform.info